ALOW İstifadəçisinin Lisenziya Müqaviləsi
Son yenilənmə tarixi: 01.03.2025
Zəhmət olmasa, ALOW tətbiqindən (bundan sonra "Tətbiq" adlandırılacaq) istifadə etməzdən əvvəl bu İstifadəçinin Lisenziya Müqaviləsini (bundan sonra "Müqavilə" adlandırılacaq) diqqətlə oxuyun. Tətbiqi quraşdırmaq və ya ondan istifadə etməklə, bu Müqavilənin şərtləri ilə razılaşdığınızı təsdiq edirsiniz. Əgər bu şərtlərlə razılaşmırsınızsa, tətbiqdən istifadə etməməyiniz xahiş olunur.
1. İzahlar
Bu müqavilədə terminlər aşağıdakı mənanı bildirir:
- "Tətbiq" dedikdə ALOW tətbiqi nəzərdə tutulur.
- "Biz", "Bizim", "Şirkət" ifadələri dedikdə ALOW-un developləri və ya sahibləri nəzər tutulur.
- "İstifadəçi", "Siz" ifadələri dedikdə Tətbiqin son istifadəçisi nəzər tutulur.
- "Müqavilə" dedikdə İstifadəçinin Lisenziya Müqaviləsi nəzərdə tutulur.
- "Tərcümə Sifarişi" dedikdə istifadəçi tərəfindən sənədin tərcüməsi üçün verilən fərdi sifarişi nəzərdə tutur.
- "Abunəlik" ifadəsi əvvəlcədən tərcümə olunmuş sənədlərə onların etibarlılıq müddəti bitdikdən sonra da giriş imkanı verən ödənişli planı nəzərdə tutur.
- "İctimai sənədlər üçün link" ifadəsi tamamlanmış tərcümə üçün yaradılmış və məhdud müddət ərzində əlçatan olan unikal URL-i nəzərdə tutur.
2. İstifadə lisenziyası
2.1. Məhdud lisenziya
Tətbiq sizə bu Müqavilənin şərtlərinə uyğun olaraq şəxsi, qeyri-kommersiya məqsədli istifadə üçün məhdud, qeyri-eksklüziv və başqasına ötürülə bilməyən lisenziya əsasında təqdim edilir.
2.2. Məhdudiyyətlər
Aşağıdakı qeyd edilənlərə yol verilmir:
- Tətbiqi və ya onun komponentlərini hər hansı üçüncü tərəfə satmaq, icarəyə vermək, yaymaq və ya hər hansı digər formada ötürmək.
- Tətbiqi dəyişdirmək, yenidən qurmaq, dekompilyasiya etmək, ləğv etmək və ya onun mənbə kodunu əldə etməyə cəhd göstərmək.
- Tətbiqə giriş və ya qarşılıqlı əlaqə üçün avtomatlaşdırılmış vasitələrdən (botlar və ya skriptlər kimi) istifadə etmək.
- Tətbiqdən qanunsuz, böhtan xarakterli, dələduzluq və ya zərərli məqsədlər üçün istifadə etmək.
- Əvvəlcədən yazılı razılıq olmadan Tətbiqdən kommersiya məqsədləri üçün istifadə etmək.
3. Tətbiqdən istifadə
3.1. İstifadə məqsədi
Tətbiq mətnlərin, sənədlərin və digər materialların tərcümə edilməsi üçün nəzərdə tutulmuşdur.
3.2. Qanunlara uyğunluq
Siz, Tətbiqi yalnız hüquqi məqsədlər üçün istifadə etməyi və müvafiq qanunvericilik və qaydalara riayət etməyi qəbul edirsiniz.
3.3. İstifadəyə nəzarət
Tətbiq, funksionallığını yaxşılaşdırmaq məqsədilə istifadə etmə vərdişlərinizi izləyə və təhlil edə bilər.
4. İstifadəçinin məzmunu və məlumatların qorunması
4.1. İstifadəçiyə məxsusluq
Siz tərcümə üçün yüklədiyiniz hər hansı bir məzmun və ya məlumatın sahibi hüququnu özünüzdə saxlayırsınız.
4.2. Emal üçün Lisenziya
Məzmunu yükləməklə, onu yalnız tərcümə məqsədilə emal etmək üçün bizə məhdud, qeyri- eksklüziv lisenziya verirsiniz. Biz, sizin məlumatın sahibi olduğumuzu iddia etmirik.
4.3. Məlumatın qorunması və hesabın silinməsi
- Yüklənmiş məzmun istifadəçinin hesabdan silinməsini tələb etmədiyi təqdirdə təhlükəsiz emal edilir və saxlanılır.
- Məlumatların silinməsi üçün istifadəçilər touch@alow.az poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlamalıdırlar.
- Hesabın silinməsi tələbi qəbul edildikdə, bütün əlaqələndirilmiş istifadəçi məlumatları birdəfəlik olaraq silinir.
4.4. Məxfiliyin qorunması
- Tətbiq məxfiliyi təmin etmək üçün məlumatları şifrələyir.
- Sənədləriniz təhlükəsiz formada saxlanılır və Məxfilik Prinsiplərinə uyğun olaraq qorunur.
- Sizin açıq icazəniz olmadan məlumatlarınız üçüncü tərəflərlə bölüşülmür.
4.5. Fayllarm saxlanılmasına dair zəmanət.
- Biz yüklənmiş və ya emal edilmiş faylların müddəti bitdikdən və müəyyən müddət ərzində müraciət edilmədikdən sonra saxlanılmasına zəmanət vermirik.
- Hazırda müddəti bitmiş faylların nə qədər müddət ərzində saxlanıldığına dair dəqiq qayda mövcud deyil, lakin bu siyasət gələcəkdə dəyişdirilə bilər.
- Müddəti bitmiş faylların əvvəlcədən xəbərdarlıq edilmədən istənilən vaxt silinməsi hüququnu özümüzdə saxlayırıq.
- İstifadəçilərə vacib faylları yükləyib ehtiyat nüsxəsini çıxarmaq tövsiyə olunur, belə ki müddəti bitmiş məzmunun silinməsi nəticəsində yaranan məlumat itkisinə görə məsuliyyət daşımırıq.
Ətraflı məlumat üçün, zəhmət olmasa, Məxfilik Siyasətinə istinad edin.
5. Ödənişlər, Sifarişlər və Abunəliklər
5.1. Ödəniş növləri
Tətbiq aşağıdakı iki ödəniş formasını təklif edir:
- Sifarişbaşına ödənişlər - İstifadəçilər hər bir tərcümə sifarişləri üçün ayrılıqda ödəniş edirlər.
- Abunə ödənişləri - İstifadəçilər əvvəllər tərcümə edilmiş sənədlərə onların müddəti bitdikdən sonra daxil olmaq üçün pul ödəyirlər.
5.2. Tərcümə sifarişləri (Birdəfəlik ödənişlər)
- İstifadəçilər tərcümə sifarişlərinin təqdim edilməsi zamanı ödəniş həyata keçirirlər.
- Ləğvedilmə siyasəti: Sifariş təsdiq edildikdən sonra onu Tətbiq vasitəsilə ləğv etmək mümkün deyil. İstifadəçilər sifarişin ləğvi üçün touch@alow.az poçt ünvanı vasitəsilə müştəri dəstəyi ilə əlaqə saxlamalıdırlar.
- Ödənişlərin qaytarılması siyasəti: Ödənişlərin geri qaytarılması yalnız sifariş administrator və ya moderator tərəfindən rədd edildiyi halda həyata keçirilir. İstifadəçilər yalnız ALOW komandasının açıq icazəsi ilə geri ödəniş hüququna malik ola bilərlər.
- Sifarişin emalı: Şirkət bu Müqavilənin pozulması, uyğun olmayan məzmun və ya digər istənilən səbəbdən sifarişi rədd etmək hüququnu özündə saxlayır.
5.3. İctimai sənədlər üçün linklərə abunəçilərin əlçatanlığı
- Tərcümə tamamlandıqdan sonra sistem üç (3) ay ərzində aktiv qalacaq İctimai sənədlər üçün link yaradır.
- Üç ay keçdikdən sonra istifadəçi sənədin hamı tərəfindən əlçatan qalması üçün aylıq ödəniş planına abunə olmadıqda sənədə giriş mümkün olmur.
- Abunəliyin Yenilənməsi: Abunə avtomatik olaraq yenilənməyəcək. Ödəniş yeindən həyata keçirilməlidir.
- Abunənin ləğvi: İstifadəçilər abunələrini istənilən vaxt Tətbiq parametrləri vasitəsilə ləğv edə bilərlər.
- Ləğv hazırkı ödəniş dövrünün sonunda qüvvəyə minir.
- Müddəti bitmiş sənədlər: İstifadəçi abunə olmadıqda, müddəti bitmiş sənədlər artıq ictimai şəkildə əlçatan olmayacaq. Şirkət müddəti bitmiş URL-lərin bərpasına zəmanət vermir.
5.4. Ödəniş qaydaları və şərtləri
- Bütün ödənişlər üçüncü tərəf ödəniş təminatçıları vasitəsilə həyata keçirilir. Şirkət ödənişlərin işlənməsi zamanı baş verə biləcək hər hansı xətalara görə məsuliyyət daşımır.
- İstifadəçilər sifariş verməzdən və ya abunə olmamışdan əvvəl hesablarında kifayət qədər vəsaitin mövcudluğunu təmin etməlidirlər.
- Ödəniş uğursuz olarsa və ya geri qaytarılarsa, xidmətlərə giriş mövcud borc tam şəkildə ödənilənədək məhdudlaşdırıla bilər.
- Şirkət qiymətləri, rüsumları və abunə planlarını istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır.
5.5. Müddəti bitmiş sənədin saxlanma siyasəti
- Tərcümədən sonra Public Document URL-ləri üç (3) ay ərzində əlçatan olur.
- Müddət bitdikdən sonra yenidən giriş əldə etmək üçün istifadəçilər abunə olmalıdırlar.
- Müddəti bitmiş və istifadə olunmamış faylların qeyri-müəyyən müddət ərzində saxlanılmasına zəmanət verilmir.
- Gələcəkdə müddəti bitmiş faylların avtomatik silinməsi ilə bağlı siyasətlər tətbiq oluna bilər.
6. Yenilənmələr və dəyişikliklər
6.1. Avtomatik Yeniləmələr
Biz Tətbiqin funksionallığını artırmaq, səhvləri aradan qaldırmaq və yeni funksiyalar əlavə etmək məqsədilə onu mütəmadi olaraq yeniləyə bilərik. Bütün yeniləmələr bu Müqavilənin şərtlərinə uyğun şəkildə təqdim olunacaq.
6.2. Xidmət dəyişikliyi
Biz, öncədən heç bir bildiriş göndərmədən Tətbiqdə dəyişiklik etmək, məhdudlaşdırmaq və ya ləğv etmək hüququnu özümüzdə saxlayırıq
6.3. Üçüncü tərəfə xidmətlər
Tətbiq üçüncü tərəf xidmətləri (məsələn, tərcümə tətbiqləri, bulud saxlama xidmətləri) ilə inteqrasiya oluna bilər. Bu üçüncü tərəf xidmətlərinin əlçatanlığı, təhlükəsizliyi və ya məlumat idarəetmə təcrübələrinə görə məsuliyyət daşımırıq.
7. Məsuliyyətin məhdudlaşdırılması
"Olduğu Kimi" İmtinası
Tətbiq "olduğu kimi" təqdim olunur və tərcümələrin dəqiqliyi və ya tamlığı ilə bağlı daxil olmaqla, hər hansı zəmanət verilmir.
7.2. Zərərlərə görə məsuliyyətin imtinası
Tətbiqdən istifadə nəticəsində yaranan zərərlərə, o cümlədən, lakin bunlarla məhdudlaşmadan:
- Məlumat itkisinə
- Mənfəət itkisinə
- Dolayı, təsadüfi və ya nəticə etibarilə yaranan zərərlərə görə məsuliyyət daşımırıq.
7.3. Performansa zəmanət
Tətbiqin səhvsiz işləyəcəyinə və ya istifadəçi gözləntilərinə cavab verəcəyinə dair hər hansı zəmanət verilmir.
8. Təzminat
Siz aşağıdakı hallarla bağlı irəli sürülə biləcək hər hansı iddialar, itkilər, öhdəliklər və ya xərclər üzrə bizi təzmin etməyi və məsuliyyətdən azad etməyi qəbul edirsiniz:
- Tətbiqdən sui-istifadə;
- Tətbiqdən istifadə zamanı hər hansı qanunun və ya üçüncü tərəf hüquqlarının pozulması;
- Yüklədiyiniz məzmunla bağlı hər hansı iddialar.
9. Müqaviləyə xitam verilməsi
9.1. İstifadəçi tərəfindən xitam
İstənilən vaxt tətbiqi silməklə ondan istifadəyə son qoya bilərsiniz. Məlumatlarınızın silinməsi üçün bizimlə əlaqə saxlayın.
9.2. Bizim tərəfimizdən xitam
Bu Müqavilənin şərtlərini pozduğunuz halda, tətbiqdən istifadə üçün verilmiş lisenziyanıza xitam verilə bilər.
9.3. Xitamın təsiri
Xitam verildikdə, tətbiqdən istifadəni tamamilə məhdudlaşdırılacaq və bu Müqavilə çərçivəsində sizə verilmiş bütün hüquqlar geri alınacaqdır.
10. Mübahisələrin həlli və tətbiq edilən qanunvericilik
10.1. Tətbiq olunan qanunvericilik
Bu Müqavilə Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənir. Hər hansı mübahisə Azərbaycan məhkəmə qaydasına görə həll ediləcəkdir.
10.2. Ayrılma Qaydası
Bu Müqavilənin hər hansı müddəası etibarsız hesab olunsa belə, qalan müddəalar tam qüvvəsində qalacaqdır.
10.3. Düzəliş
ALOW, bu müqavilədə hər-hansı dəyişiklik etmə hüququnu özündə saxlayır.
11. Fors Major
Xidmətin aşağıdakı səbəblərdən kəsilməsi halında hər hansı məsuliyyət daşımırıq:
- Təbii fəlakətlər;
- Kiberhücumlar;
- Dövlət tənzimləmələri;
- Nəzarətimizdən kənarda olan digər hadisələr.
12. Əlaqə məlumatları
Bu Müqvilə və ya Tətbiqdən istifadə ilə bağlı hər hansı sualınız olarsa, aşağıda qeyd edilən ünvandan bizimlə əlaqə saxlayın:
- 📧 Email: touch@alow.az
ALOW-u yükləyib istifadə etməklə, bu Müqavilənin şərtlərini oxuduğunuzu, anladığınızı və onlarla razılaşdığınızı təsdiq edirsiniz.