ALOW tətbiqinin Məxfilik Siyasəti

Son yenilənmə tarixi: 01.03.2025

ALOW tətbiqini xoş gəlmisiniz! Məxfiliyiniz bizim üçün vacibdir. Bu Məxfilik Siyasəti, ALOW tətbiqindən ("Tətbiq") istifadə etdiyiniz zaman şəxsi məlumatlarınızın necə toplandığını, istifadə edildiyini, saxlanıldığını və qorunduğunu izah edir. Tətbiqdən istifadə etməklə bu Məxfilik Siyasətində göstərilən şərtlərlə razılaşdığınızı təsdiq edirsiniz.

1. Əldə etdiyimiz məlumatlar

Xidmətləri təmin və eləcə də inkişaf etdirmək üçün müxtəlif növ məlumatlar toplayırıq. Bu məlumatlara aşağıdakılar aiddir.

1.1. Birbaşa təqdim etdiyiniz məlumatlar:

  • Hesab məlumatları: Hesab yaradarkən, biz ad, epoçt ünvanı, telefon nömrəsi və şifrə kimi məlumatlarınızı toplayırıq.
  • Yüklənən məzmun: Tərcümə üçün yüklədiyiniz hər hansı sənəd, mətn və ya materiallar.
  • Ödəniş haqqında məlumat: Hər hansı ödəniş etdiyiniz halda, ödənişlə bağlı məlumatlar toplanır və bu məlumatlar etibarlı şəkildə üçüncü tərəf ödəniş provayderi tərəfindən emal edilir.

1.2. Avtomatik olaraq topladığımız məlumat

  • İstifadə məlumatları: Tətbiqdən istifadənizlə bağlı məlumatlar, o cümlədən əldə edilmiş tərcümə qeydləri və parametrlər seçimləri.
  • Cihaz məlumatları: Cihazınızın növü, əməliyyat sistemi, brauzer növü və IP ünvanı.
  • Kukilər və İzləmə Texnologiyaları: Xidmətlərimizi təkmilləşdirmək üçün kuki və analitika alətlərindən istifadə edirik.

1.3. Üçüncü tərəflərdən məlumat

  • Ödənişi provayderi tranzaksiya məlumatları ilə (həssas maliyyə məlumatları istisna olmaqla) bizi təmin edə bilər.

2. Məlumatlarınızdan istifadə qaydalarımız

Məlumatlarınızdan aşağıdakı məqsədlər üçün istifadə olunur:

  • Tərcümə xidmətlərini təmin etmək və sifarişi tamamlamaq;
  • Tətbiqin fəaliyyətini, təhlükəsizliyini və istifadəçi təcrübəsini yaxılaşdırmaq;
  • Sifariş tarixçəsi və seçimlər daxil olmaqla hesabınızı idarə etmək üçün.
  • Ödənişləri və abunə xidmətlərini emal etmək.
  • Təhlükəsizlik bildirişləri, sifariş təsdiqləri və ya xidmət dəyişiklikləri kimi vacib yenilikləri göndərmək
  • Hüquqi tələblərə riayət etmək və Tətbiqin fırıldaqçılıq və ya sui-istifadədən qorunmasını təmin etmək

3. Məlumatların saxlanılması siyasəti

3.1. Faylların saxlanılması və müddətinin bitməsi

  • Yüklənən fayllar və tərcümə edilmiş sənədlər müvəqqəti olaraq saxlanılır və məlumatların saxlanması siyasətlərimizə əsasən silinə bilər.
  • İctimai sənədlər üçün linklər tərcümədən sonra üç (3) ay ərzində əlçatan qalır.
  • Müddət başa çatdıqdan sonra fayllar və URL-lər xəbərdarlıq edilmədən silinə bilər, və faylların müddətsiz saxlanılması təmin edilmir.
  • İstifadəçilər saxlamaq istədikləri vacib faylları yükləməli və ehtiyat nüsxələrini yaratmalıdırlar.

3.2. Hesabın silinməsi və məlumatların çıxarılması

  • Əgər hesabınızı və ona bağlı məlumatları silmək istəyirsinizsə, touch@alow.az poçt ünvanına müraciət edərək silinmə tələbi göndərməlisiniz.
  • Təsdiq edildikdən sonra yüklənmiş fayllar və hesab məlumatları daxil olmaqla bütün məlumatlarınız daimi olaraq silinəcəkdir.
  • Bəzi əməliyyat qeydləri hüquqi və mühasibatlıq məqsədləri üçün saxlanıla bilər.

4. Məlumatlarınızın paylaşılması qaydası

Şəxsi məlumatlarınızı satmır, icarəyə vermir və ya mübadilə etmirik. Lakin aşağıdakı hallarda məlumatlarınızı paylaşa bilərik:

4.1. Üçüncü tərəf xidmət provayderləri:

Üçüncü tərəf xidmətlərindən aşağıdakı məqsədlər üçün istifadə edirik:

  • Ödənişi tamamlamaq
  • Bulud əsaslı sistemlərdə tərcümə fayllanm saxlamaq və emal etmək.
  • Tətbiqin istifadəsini Google Analytics kimi analitika alətləri vasitəsilə təhlil etmək.

4.2. Hüquqi Tələblərə Riayət və Məlumatların Qorunması

Zərurət yarandıqda məlumatlarınızı aşağıdakı hallarda açıqlaya bilərik:

  • Hüquqi öhdəliklərə əməl etmək və ya hüquq-mühafizə orqanlarının tələblərini yerinə yetirmək.
  • Fırıldaqçılıq halları, təhlükəsizlik təhdidləri və ya İstifadə Şərtlərinin pozulmasını araşdırmaq.

4.3. Biznes köçürmələri

ALOW birləşmə, satınalma və ya aktivlərin satışı prosesindən keçdiyi halda, məlumatlarınız biznesin köçürülməsi çərçivəsində ötürülə bilər. Belə dəyişikliklər baş verdiyi təqdirdə sizə məlumat veriləcəkdir.

5. Təhlükəsizlik tədbirləri

Məlumatlarınızı qorumaq üçün məqbul tədbirlər görürük:

  • Şifrələmə: Bütün məlumat ötürmələri və saxlanılan fayllar şifrələnir.
  • Təhlükəsiz Giriş: İstifadəçi hesabları autentifikasiya nəzarətləri ilə qorunur.
  • Müntəzəm Auditlər: İcazəsiz girişlərin və ya pozuntuların qarşısını almaq üçün təhlükəsizlik yoxlamaları aparırıq.

6. Hüquq və seçimləriniz

Ünvanınızdan asılı olaraq şəxsi məlumatlarınızla bağlı aşağıdakı hüquqlara malik ola bilərsiniz:

6.1. Məlumatlara giriş və düzəliş:

  • Hesab məlumatlarınıza baxmaq və onları yeniləmək üçün Tətbiq parametrlərindən istifadə edə bilərsiniz.
  • Dəqiq olmayan məlumatları düzəltmək üçün touch@alow.az poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın.

6.2. Məlumatların daşınması

  • Saxlanılan məlumatlarınızın maşınla oxuna bilən formatda bir nüsxəsini tələb edə bilərsiniz.

6.3. Silmək hüququ

  • Hesabınızın və ona bağlı bütün məlumatların silinməsini touch@alow.az ünvanına müraciət edərək tələb edə bilərsiniz.

6.4. Opt-Out Seçimləri

  • Hesab məlumatlarınıza baxmaq və onları yeniləmək üçün Tətbiq parametrlərindən istifadə edə bilərsiniz.
  • Dəqiq olmayan məlumatları düzəltmək üçün touch@alow.az poçt ünvanı ilə əlaqə saxlayın.

7. Kukilər və İzləmə Texnologiyaları

Kukilərdən və oxşar texnologiyalardan aşağıdakı məqsədlər üçün istifadə edirik:

  • Autentifikasiya: Təhlükəsiz şəkildə hesabınızda qalmağınızı təmin etmək.
  • Analitika: İstifadəçilərin Tətbiqlə necə qarşılıqlı əlaqədə olduğunu anlamaq.
  • Fəaliyyətinin yaxşılaşdırılması: Sürət və sabitliyi artırmaq.

Kukiləri brauzer parametrləri vasitəsilə idarə edə bilərsiniz. Lakin kukilər deaktiv edildiyi halda bəzi funksiyalar düzgün işləməyə bilər.

8. Bu Məxfilik Siyasətinə dəyişikliklər

  • Bu Məxfilik Siyasəti vaxtaşırı yenilənə bilər.
  • Dəyişikliklər Tətbiqdə və ya vebsaytımızda yayımlanacaq.
  • Dəyişikliklər hüquqlarınıza əhəmiyyətli təsir göstərərsə, sizə e-poçt və ya Tətbiq bildirişi vasitəsilə məlumat verəcəyik.

9. Bizimlə əlaqə

Məxfiliyinizlə bağlı suallarınız və ya müraciətləriniz varsa, aşağıdakı ünvana müraciət edin:

  • 📧 Email: touch@alow.az